XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
15-01-2018, 12:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.