Azərbaycanın baş konsuluna yeni təyinat
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunub.
Baş Konsulluqdan verilən məlumata görə, N.Ağayev səlahiyyətlərinin icrasına başlayıb.
Məlumata görə, Azərbaycanın baş konsulu noyabrın 29-da Los-Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los-Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.
Qeyd edək ki, LAKK ABŞ-ın Los-Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu-York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
Bildirilib ki, LAKK-ın duayeni Los-Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, ştat və federal qurumlarla, eləcə də, digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.
Xatırladaq ki, 2005-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?