SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Arif Hacılı: “Əlikram Xurşidovu əvvəl həbs edib, sonra cinayət işi uydururlar”

Arif Hacılı: “Əlikram Xurşidovu əvvəl həbs edib, sonra cinayət işi uydururlar”

Tarix:

24-11-2017, 10:44

/ 1 812 dəfə oxundu.
Arif Hacılı: “Əlikram Xurşidovu əvvəl həbs edib, sonra cinayət işi uydururlar”

Müsavat başqanı Arif Hacılı partiyanın Şirvan şəhər təşkilatının sədri, partiya Məclisinin üzvü Əlikram Xurşudovun saxlanmasına münasibət bildirib.

“Şəxsi həyatında çətinliklər, maddi ehtiyaclar içində yaşasa da bütün təzyiq və təqiblərdən çəkinməyərək avtoritarizmə qarşı mübarizə aparan Əlikram bəyi əvvəl həbs edib sonra ona cinayət işi uydurmaq qərarına gəliblər. Hakimiyyət fərqli düşünən, başlıcası isə fərqli mövqeyini açıq ifadə etməkdən çəkinməyənlərə qarşı repressiya siyasətini davam etdirir”, – Arif Hacılı bildirib.

“Əlikram Xurşudova qarşı hansı ittiham irəli sürülsə də, artıq indidən bu ittihamın siyasi sifariş olduğu, Əlikram Xurşudovun siyasi mövqeyinə görə həbs olunduğu hər kəsə məlumdur. Çıxış yolu Əlikram bəyə qarşı hansı ittihamı seçməklə bağlı baş sındırmaq deyil, çıxış yolu onu dərhal azadlığa buraxmaqdır. Əlikram Xurşudova azadlıq!” – Arif Hacılı yazıb.

Şərhlər

XƏBƏR LENTİ