Zakir Həsənov BƏƏ generalı ilə görüşdü - FOTO
Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.
Ölkələrimiz arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə onun inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, eləcə də, regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcək.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?