XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb
9-11-2017, 10:36

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

O, çoxsaylı efiopiyalı tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.