Azərbaycan tərəfi şərti açıqladı
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb.
Ə. Həsənov xatırladıb ki, ötən həftədə Azərbaycan prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib: “Bu görüşlrin də əksər hissəsi Xəzər və Qara dəniz hövzəsi, Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu, ondan əvvəl reallaşdırılmasına başlanılmış Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi və 1993- cü ildən həyata keçirilməyə başlayan Böyük İpək Yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasının mərkəzində Azərbaycan dayanır.
Azərbaycan prezidenti son bir həftədə həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat-kommunikasiya, enerji layihələri, Xəzər-Qara dəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik layihələri, iqtisadi ticarət əlaqələri və.s onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib. Onun maraqları bölgə ölkələrinin və bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir.
Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir.
Bütün bu məsələlərdə Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşdirilməsində Azərbaycan həlledici rola malikdir. Çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvəl region ölkələrinin iradəsinə sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərib.
Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir.
Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına həm maliyyə, həm də beynəlxalq dəstəkləri qazana bildi. Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi.
Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları “Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, “Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?