Ziyafət Əsgərov Fazil Mustafaya irad tutdu
Birinci vitse-spiker Ziyafət Əsgərov deputat həmkarı Fazil Mustafanın çıxışına irad tutub.
F. Mustafa çıxışında yaşıllıqların ölkə ərazisində salınmasının vacibliyinə toxunub. Bunun üçün vətəndaşlara stimul yaratmağı təklif edib: “ Necə ki başqa ölkələrdə vətəndaşlar özləri öz ərazilərində yaşıllıq yaradırlar”.
Z. Əsgərov isə həmkarının çıxışına belə reaksiya verib. “ Mən həmişə sizin çıxışlarınıza fikir verirəm. Bir çox hallarda müzakirəyə çıxarılan mətn kənarda qalır, söhbəti başqa yerə yönəldirsiniz. Bakıda onlarla park salınıb. Hava limanına gedən yolda meşə salınıb. Bunu Yeni Azərbaycan Partiyası edib. Siz də partiya başqanı olaraq təşəbbüs edin,yaşıllıqlar salın. Cənub istiqamətinə gedəndə salınan yaşıllıqları görməlisiniz. Bir az kənara çıxmaq lazımdır. Bunu görmək lazımdır. Görmədən tənqid etməyə nə var ki?”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?