XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar

Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar

Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar
19-10-2017, 17:17

Oktyabrın 19-da Bakıda "İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.
Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar
Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar
Leyla Əliyeva nazirlərlə seminarda - Fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.