Prezident təqdimat verdi, qanun dəyişir - Bu qanunu pozan məmurlar cəzalandırılacaq
Azərbaycanda vəzifəsini icra etməyən, ictimai işlər və inzibati tənbeh növündə cəzaların icrasına məsuliyyət daşıyan vəzifəli şəxslər barəsində cəza müəyyənləşdirilir.
Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 528-1 (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi) maddəsinin əlavə edilməsi təklif olunur.
Layihəyə görə, ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısı, həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manata qədər cərimə ediləcək.
İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına, düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manata qədər cərimə ediləcək.
İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manata qədər cərimə ediləcək.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?