Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır - deputat
Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bunu millət vəkili Asim Mollazadə deyib.
Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit verməsinə münasibət bildirən deputat qeyd edib:
"Əslində Rusiya Ermənistana silah satmır. Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil".
Onun sözlərinə görə, Rusiya bu borcla həm də Ermənistanın iqtisadiyyatını özünküləşdirir, Ermənistan iqtisadiyyatı artıq Rusiyanın əlindədir: "Məhz buna görə də Ermənistanın nəqliyyatı, energetikası, ümumiyyətlə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bu, öz-özlüyündə bölgədə gərginliyi yaradan əsas səbəblərdən biridir. Bununla yanaşı, Ermənistan dünya ictimaiyyətini aldatmaq istəyir ki, guya həm Avropa ilə, həm də NATO ilə əməkdaşlıq edir. Əslində isə Ermənistan Rusiyanı bütün beynəlxalq təşkilatlarda təmsil etməklə məşğuldur".
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?