XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Qarabağ üçün “kürd ssenarisi”: - İŞƏ SALINIR?

Qarabağ üçün “kürd ssenarisi”: - İŞƏ SALINIR?

Qarabağ üçün “kürd ssenarisi”: - İŞƏ SALINIR?
9-10-2017, 09:52

Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik” referendumuna ilk dəstək verənlərdən biri də Dağlıq Qarabağ separatçıları oldu. Belə ki, ilk olaraq qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi separatçıların müstəqilliyinə dəstək verdi. Bu günlərdə isə bəlli olub ki, Ermənistanı təmsil edən siyasətçi İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən referendumda müşahidəçi kimi iştirak edib.“Referendumda” müşahidəçi kimi iştirak edən Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan mətbuata açıqlamasında bu referendumun legitim olduğunu bildirib.

Siyasi şərhçi Seymur Süleymanov “Cümhuriyət” qəzetinə şərhində ermənilərin separatçı kürdlərə dəstəyinin səbəblərindən danışıb:

“İşğalçı Ermənistan rejimi beynəlxalq aləmin Türkiyə və Azərbaycana qarşı atdığı bütün addımları birmənalı şəkildə dəstəkləyir və arxasında durur. Ermənistanın yenicə müstəqilliyə addım atmış Kürdüstanı dəstəkləməsinin həm də bir neçə səbəbi var. Bunlardan birincisi, Kürdüstan ərazisində məskunlaşan ermənilərdir. Heç şübhəsiz Ermənistan dövlətinin burada birinci marağı Kürdüstanla həm diplomatik,həm iqtisadi, həm də ictimai sahədə əməkdaşlıq etmək istəməsidir. Ancaq bu o qədər də real görünmür.Burada kiçik bir nüans ortaya çıxır.Ermənistanın Kürdüstanla yuxarıda qeyd etdiyim sahələrdə əməkdaşlığı, Türkiyəyə bir növ acıq vermək məqsədi güdür.Bununla da düşünür ki, bəlkə Türkiyə tərəfindən yumşalma olar.İkinci bir səbəb isə, bu yaxınlarda Kürdüstanda parlament seçkiləri olacaq.Ermənistanın məqsədi orada yaşayan ermənilərin seçkilərdə qalib gəlməsi, və heç olmasa parlamentdə 1-2 mandata sahiblənməsidir.Bu ciddi faktordur.Ermənistan hər dəfəsində çalışacaq ki, Türkiyəyə və Azərbaycana gələcəkdə ciddi problemlər yaratsın. Eynilə yuxarıda vurğuladığım kimi, parlamentdə ermənilərin təmsil olunacağı təqdirdə, işğalçı ölkə çalışacaq ki, həm Dağlıq Qarabağ məsələsində, həm də Türkiyə ilə sərhədlərin açılması məsələində bu iki dövlətə sintez etsin”.

Ekspertin fikrincə. Kürdüstan Ermənistanın bu məqsədlərini puç edəcək:

“Çünki Kürdüstanın müstəqilliyini dəstəkləyən ilk ölkə İsraildir. İsrail Azərbaycanla çox yaxın əlaqələrə sahibdir.Bütün sahədə olduğu kimi, Qarabağ probleminin də həllində Azərbaycanı yaxından dəstəkləyir.Bilirsiniz ki, İsrail höküməti Xocalı faicəsini soyqrım kimi tanıyır.Bu baxımdan İsrail dəstəklədiyi layihə olan “Kürdüstan” parlamentində ermənilərin təmsil olunması absurd görünür.Əslində Ermənistanın illər öncədən Kürdüstanla əlaqələri mövcuddur.Hələ 2015-ci ildə Ermənistanın İraqdakı səfiri Karen Qriqoryan Şimali İraq Kürt Muxtar bölgəsinin xarici işlər naziri Fəllah Mustafa ilə görüşü baş tutmuşdu.Görüşdə İrəvandan Ərbilə təyyarə səfərlərinin təşkili məsələsi müzakirə edilmişdi.Və erməni səfir Ermənistanın müstəqillik referendumuna dəstək verəcəyinə eyham vurmuşdu.Görüşdə digər həssas məsələ Ermənistanın bu bölgədə konsulluğunun açılması idi.Ermənistanın çalışdığı odur ki, Dağlıq Qarabağda qurduğu işğal rejimini tanıtmaq üçün presedent yaransın”. S.Süleymanovun sözlərinə görə, kürdlər Ermənistanla, separatçı qurumla münasibətərə önəm vermir: “Ərbil höküməti düşünür ki, gücsüz və Rusiyanın aləti olan Ermənistanla əlaqələr qurmaqda nə qazanacam? Əksinə, Azərbaycanı, həm də Türkiyəni özündən daha da uzaqlaşdıracaq ki, bu da Kürdüstanın maraqlarına uyğun gəlmir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.