“Azərbaycan nazirlər, nazir müavinləri, icra başçıları tərəfindən “arendaya” götürülüb” - İttiham
"Son dövrlər bəzi məmurlar dövlətin siyasi xəttinin əleyhinə getməyi özlərinə şərəf bilirlər. Ona görə də onların dövlətin siyasi xəttinə zidd açıqlamalarında da təəccüblü bir şey görmürəm”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, hansısa məmurun kiməsə xoş gəlməsi üçün dövlətçilik maraqlarına zidd fikirlər səsləndirməsi utancvericidir:
"Hər bir məmur öz fəaliyyətini dövlətin müayyənləşdirdiyi siyasi xəttə uyğulaşdırmır. Amma görünən odur ki, kimlərsə tamamilə başqa niyyətdədir. Bunu ki, müxalifət eləmir. Kim edir? Xalqdan milyard oğurlayan məmurlar. Hakimiyyətdə olub komandaya xəyanət edənlərdir. Azərbaycana başqaxıncı olan. Ölkəmizi dünyada qınaq obyektinə çevirən bu məmurlardır. Bütün bunlara ciddi yanaşmaq lazımdır. Əgər xırda şey olsaydı, üstündən keçmək olardı. Hardan bir zərbə gəlsə, mənbəyini araşdırsaq görərik ki, ya hansısa nazirdir, icra başçısıdır, baş nazirin müavinidir”.
Partiya sədri onu da vurğulayıb ki, hakim komandaya yeni nəfəs gəlməyincə, bu tendensiya davam edəcək: "Nə qədər ki, "qocalar evi” va bu biabırçılıq davam edəcək. Əksinə, vəziyyət daha da pisləşəcək. Hesab edirəm ki, xəyanətkar məmurları nəzarətə götürmək lazımdır. Artıq bunlar o qədər harınlaşıblar ki, heç nə təsir eləmir. Elə bil Azərbaycan nazirlər, nazir müavinləri, icra başçıları tərəfində "arendaya” götürülüb. Məmurların yanaşması bunu deməyə əsas verir. Bu adamlar ölkəyə alver predmeti kimi baxırlar”.
H.Hacıyev onu da bildirib ki, sentyabrın 30-da BMM-də geniş iclas keçiriləcək və oarada bütün məsələlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?