Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskini Konstitusiya Günü münasibətilə təbrik edib.
Xalqxeber.az xəbər verir ki, təbrikdə deyilir:
"3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub