“Tamstore”da qiymət uyğunsuzluğu- vitrində bir, kassada başqa məbləğ
Xalq-a daxil olan istehlakçı şikayətində “Avrora” Şirkətlər Qrupuna daxil olan “Tamstore” marketlər şəbəkəsində qiymət uyğunsuzluğu ilə bağlı növbəti faktın qeydə alındığı bildirilir.
Şikayətçi Emin Səfərovun sözlərinə görə, marketdən yer fıstığı alarkən vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında 7 qəpik fərq olub. Vətəndaş qeyd edir ki, məsələ məbləğin azlığında deyil, bu cür halların müntəzəm təkrarlanmasındadır.
Məlumata görə, “Tamstore” marketlərində alış-veriş zamanı vitrin qiyməti ilə kassa qiyməti arasında fərqlər əvvəllər də müşahidə olunub. Bir çox hallarda alıcılar bu fərqi vaxtında fərq etmədikləri üçün artıq məbləği ödəməli olurlar. Nəticədə, hər bir istehlakçıdan cüzi məbləğlərin tutulması marketlər şəbəkəsinə ümumi hesabla əhəmiyyətli maliyyə qazancı gətirir.
Vətəndaş həmçinin bildirib ki, fakt Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən rəsmiləşdirilərsə, “Tamstore” marketlər şəbəkəsini 4 min manatadək inzibati cərimə gözləyə bilər.
Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür hallarda istehlakçılar mütləq çek tələb etməli və sübutları toplamalıdırlar:
“İstehlakçı kassada çeki götürməli, malın piştaxtadakı qiymətinin və kassada vurulan məbləğin şəkillərini çəkməlidir. Əksər hallarda irad bildirildikdə, market səhvini etiraf edib yeni çek təqdim edir. Əgər məsələ dövlət orqanlarına çatdırılacaqsa, hər iki çek mütləq şəkildə təqdim olunmalıdır”.
AİB sədri qeyd edib ki, bu cür pozuntular istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır və geniş yayılıb: “Bəzən müştərinin almadığı məhsul belə çeka salınır. İllik hesablamalara görə, Azərbaycan vətəndaşları almadıqları məhsullar üçün yüz milyonlarla manat ödəyirlər. Təəssüf ki, vətəndaşlar bu məsələdə yetərincə fəallıq göstərmirlər”.(Xalq online)
“Tamstore” marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.




Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub