XalqXəbər.Az

"Biz qoyunçuluğu, Ekologiya Nazirliyi isə canavarları inkişaf etdirir" — "Canavar erməni kimi bir şeydir"

yüklənir...
"Biz qoyunçuluğu, Ekologiya Nazirliyi isə canavarları inkişaf etdirir" — "Canavar erməni kimi bir şeydir"
16-04-2019, 18:37
yüklənir...

Azərbaycanda heyvandarlıq təsərrüfatı ilə məşğul olan fermerin maraqlı müsahibəsi yayılıb.

Demokrat.az xəbər verir ki, müsahibəsində fermer Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canavarları qorumasından şikayətlənir.

Fermer bildirir ki, dünyanın hər yerində insanlar tərəfindən canavarlara qarşı xüsusi təpki var:

"Yırtıcı heyvanların arasında müqəddəs hərəkət edənlər də var. Misal üçün, pələng və ayı 1 ovunu yeyib dayanır. Sonra yalnız ac olanda ov yeyirlər. Ancaq canavar fərqlidir. Mən Amerikada təcrübəyə gedəndə maraqlandım. Ümumiyyətlə, Amerikada canavar söhbəti yoxdur. Çünki onlar dağıdıcı heyvanı qorumurlar. Biz isə hər şeyi atmışıq kənara, yırtıcıları qorumaq bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş planındadır. Qorusunlar, biz buna bir söz demirik. Ancaq sənin qoruduğun bu heyvan camaatın varını, yoxunu, malını əlindən alıb dağıdırsa, deməli sən özün onunla bir yerdə işləyirsən. Belə olmaz axı! Əgər sən canavarı qoruyursansa, o zaman heyvan saxlayan bütün kəndçiləri dəvət et sığortaya, sığortanın da haqqını ödə, burax canavarlarını kef çəksinlər. Öldürərlər, eybi yox, sığortanı alarlar. Mən hesablamışam, düz yazıblar. Bəzən mətbuatda bunu elə oldu, belə oldu yazırlar. Onun 60 min dəyəri var. Bu qədər vəsait bilirsiniz kəndçi üçün nədir? Bu onun dolanışığıdır. Əgər bu gün biz 60 mini aparıb illik 8 faizlə Kapital Banka qoysaq, ildə 4 800 manat bunun gəliridir. İndi bunun mayasını da dağıtmısan, illik gəlirini də almısan, özün də kişi-kişi gəzirsən ki, canavarı mən qoruyuram. Qoru da canavarını. Amma canavara ovlamağa sifariş verən kişi gərək surnaçıya onun havasının pulunu verər. Sən də pulunu ver, istəyirsən milyon canavar gətir burax, məni də yesin. Ancaq pulunu ver də. Belə olmaz axı! Bu insafsızlıqdır. Belə şey vicdansızlıq səviyyəsindədir. Bununla sən kəndçinin evini yıxırsan. Kəndçinin 400 qoyunu o deməkdir ki, onun bütün varı, yoxu, nəvəsi, nəticəsi buna bağlıdır. Sən o kəndçinin yanına get, 10 dəqiqə yanında dayana bilmərsən. Ondan peyin və sidik iyi gəlir, insan kimi yaşamır. İndi sən onun mal-qarasını ovlayırsan ki, mən canavar qoruyuram. Axı o canavarı niyə qoruyursan? Bu sənin nəyinə lazımdır? Biz xeyr-şərdə canavar kəsib yeyirik? Bizə qoyun lazımdır. Xaricdən qonaqlar canavara baxmağa, yoxsa kabab yeməyə gəlir? Axı sən bu canavarı neynirsən? Sovet İttifaqı dövründə mən təsərrüfat rəhbəri işləmişəm. Hər canavar vuran çobana biz 1 qoyun, 50 rubl da mükafat verirdik. Özü də rəsmi qaydada. Biz canavarı yaxına buraxmamalıyıq. Canavarlar gedib öz yuvalarında yaşasınlar. Məgər canavarlar bizim evimizə girib bizi yeməlidir? Onda biz çıxıb gedək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də canavarları saxlasın".

Fermer it saxlamağın da çətinliklərindən danışır:

"İt saxlamağın da xatası var. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gölündən kimsə ova gəlir, itlər də cumub onu dağıdır. İndi get bunun xərcini çək! Ona görə indi it də saxlamaq olmur. Canavar, çaqqal doludur. Onda biz birdəfəlik "çaqqalların inkişafı proqramı" hazırlayaq.
Hazırda İsraildən bura mütəxəssislər gəlib, onların iştirakı ilə qoyunçuluğun inkişafı proqramı hazırlayırıq. Biz bunu edirik, digər tərəfdən isə canavarları inkişaf etdirirlər. Qoyunla canavar eyni yerdə tutan məsələ deyil. Biz ya qoyunları, ya da canavarları inkişaf etdirək. Qidanın da tərkibinə canavar əti ataq. Bu düzgün proqram deyil. Ayıya, pələngə güllə atmaq doğru deyil. Bunu başa düşdük. Bəs canavarı niyə olmaz? Axı canavar dağıdıcıdır, erməni kimi bir şeydir. O, heç kimi tanımır, nəyi gəldi dağıdır. Axı biz bunu niyə qorumalıyıq?".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.