SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » 347 milyon manat pul xərclənib

347 milyon manat pul xərclənib

Tarix:

29-08-2019, 21:53

/ 1 305 dəfə oxundu.
347 milyon manat pul xərclənib

Bu gün İctimai Televiziyanın (İTV) yaranmasından 14 il keçir.

Xatırladaq ki, İTV 2005-ci ilə avqustun 29-da prezident İlham Əliyevin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb.

Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İTV-nin Yayım Şurasına verilib.

İTV-nin Yayım Şurası 9 üzvdən ibarətdir. Şuranın sədri Cahangir Məmmədlidir. İTV-nin baş direktoru Yayım Şurası tərəfindən 4 ildən bir seçilir. Teleradionun ilk baş direktoru İsmayıl Ömərov olub. 2013-cü ildə isə Yayım Şurası bu vəzifəyə Cəmil Quliyevi seçib. 2018-ci ildə isə Cəmil Quliyevi Balakişi Qasımov əvəzləyib.

İTV-nin 14 illik fəaliyyətinə nəzər salan media hüququ üzrə ekpert Ələsgər Əhmədoğlu bildirib ki, bu teleradio yaradılanda həm cəmiyyətdən, həm beynəlxalq qurumlardan ölkədə əsl ictimai yayımın formalaşacağı ilə bağlı böyük gözlənti olub.[

b] “İctimai yayımın fəlsəfəsi hökumətin yox, cəmiyyətin yayımı olmasında idi”[/b], - deyə ekspert vurğulayıb.

Ələsgər Əhmədovlu daha sonra bildirib: “Başlanğıcda müəyyən cəhdlər oldu və hətta bu istiqamətdə özünü sübut etmə addımları da müşahidə olundu. Sonradan bütün ümidlər öldü. Xüsusilə Cəmil Quliyevin sələfi İsmyıl Ömərovun İctimai Yayımın Direktorluğu kürsüsünə oturması ilə İTV hətta ən çox tənqid edilən AZ TV-nin də gerisinə düşdü. Cəmil Quliyev öz yerini Balakişi Qasımova tərk etməsi görüntünü dəyişmədi. Bütün ümidlər ölüb. Ölkədə İctimai yayım mövcud deyil. Eyni adda yayım mövcud olsa da, ictimai yayım mahiyyətində teleradio yoxdur.

Bəs bu dövrdə bizim itirdiyimiz sadəcə ümidlərimizmi olub? Təəssüf ki, itkilər həm də maddi olub. İctimai Yayımın yaradılmasından bu günədək dövlət büdcəsindən tam 204,5 milyon ABŞ dolları (yəni bu günün kursu ilə 347 milyon 813 min manat) vəsait əridilib.

Bu 347,8 milyon manat cəmiyyətin büdcəsindən məqsədinə uyğun xərclənməmiş vəsaitdir. Çünki, bu yayım hökumətə yox, cəmiyyətin bütün təbəqələrinə xidmət etməli idi.

Bu 347,8 milyon manatın 136,7 milyon manatı İsmayıl Ömərovun 8 illik dönəmində, 164,8 milyon manatı Cəmil Quliyevin 5 illik dönəmində, 24,65 milyon manatı isə Balakişin Qasımovun dönəmində xərclənib”.

Yenisabah.

Şərhlər

XƏBƏR LENTİ