SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ekspert İTV-nin fəaliyyətini tənqid etdi

Ekspert İTV-nin fəaliyyətini tənqid etdi

Tarix:

1-09-2019, 23:33

/ 913 dəfə oxundu.
Ekspert İTV-nin fəaliyyətini tənqid etdi

"Başlanğıcda müəyyən cəhdlər oldu, sonradan bütün ümidlər öldü”

Bu gün, 29 avqustda Azərbaycanda İctimai Televiziya və Radionun (İTV) yaradılmasından 14 il ötür.

İctimai Televiziya və Radio Yayımları Şirkəti “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.

Hazırda İTV Azərbaycanın informasiya-əyləncə telekanallarından biridir.

İTV-də verilişlər bütün ölkə ərazisində Azərbaycan dilində aparılır. Teleradio 24 saat fəaliyyət göstərir.

Bu teleradio yaradılanda həm cəmiyyətin, həm də beynəlxalq qurumların əsas gözləntisi, ölkədə əsl ictimai yayımın formalaşması idi.

Bəs Azərbaycanda İTV-nin vəziyyəti necədir?

Media hüququ üzrə ekspert Ələsgər Məmmdli deyir ki, İctimai yayımın fəlsəfəsi hökumətin yox, cəmiyyətin yayımı olmasında idi: “Başlanğıcda müəyyən cəhdlər oldu və hətta bu istiqamətdə özünü sübutetmə addımları da müşahidə olundu. Sonradan bütün ümidlər öldü. Xüsusilə Cəmil Quliyevin sələfi İsmyıl Ömərovun İctimai Yayımın Direktorluğu kürsüsünə oturması ilə İTV hətta ən çox tənqid edilən AZ TV-nin də gerisinə düşdü. Cəmil Quliyev öz yerini Balakişi Qasımova tərk etməsi görüntünü dəyişmədi. Bütün ümidlər ölüb. Ölkədə İctimai yayım mövcud deyil. Eyni adda yayım mövcud olsa da ictimai yayım mahiyyətində teleradio yoxdur”.

Ekspert deyir ki, bu dövrdə bizim itirdiyimiz sadəcə ümidlərimiz olmayıb: “Təəssüf ki, itkilər həm də maddi olub”.

İctimai Yayımın yaradılmasından bu günədək dövlət büdcəsindən tam 204,5 milyon ABŞ dolları vəsait ayrılıb. Yəni bu günün məzənnəsi ilə 347 milyon 813 min manat İTV-yə ayrılıb.

Ekspertə görə, bu 347,8 milyon manat cəmiyyətin büdcəsindən məqsədinə uyğun xərclənməmiş vəsaitdir: “Çünki bu yayım hökumətə yox, cəmiyyətin bütün təbəqələrinə xidmət etməli idi”.

İTV-yə ayrılan 347,8 milyon manatın 136,7 milyon manatı İsmayıl Ömərovun 8 illik dönəmində, 164,8 milyon manatı Cəmil Quliyevin 5 illik dönəmində, 24,65 milyon manatı isə Balakişin Qasımovun dönəmində xərclənib.

Toplum.Tv

Şərhlər

XƏBƏR LENTİ