XalqXəbər.Az

“Bunlar xarici kəşfiyyatların siyasi təxribatlarıdır” - Millət vəkili

yüklənir...
“Bunlar xarici kəşfiyyatların siyasi təxribatlarıdır” - Millət vəkili
18-01-2017, 16:08
yüklənir...

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında bir sıra tarixi şəxsiyyətlərin “Azərbaycan kimliyinə aid olmaması” məsələsi ilə bağlı mətbuatda gedən müzakirələrə toxunulub.

İclasda çıxış edən millət vəkili Aqil Abbas deyib ki, son zamanlar Azərbaycanda ziyalılar, elm adamları Şah İsmayılı, Qacarı, Əfşarı, Babəki də farslaşdırmağa başlayıblar: “Deyirlər ki, bunların Azərbaycan xalqına dəxli yoxdur. Özümüz öz əlimizlə bunları xaricə veririk. Onlar da buna sahib çıxırlar. Əgər biz Şah İsamyılımıza sahib çıxa bilmiriksə, onlar ona sahib çıxacaqlar. Müəyyən qruplar var ki bu məsələ üzərində özəl olaraq işləyirlər”.

Komitə sədri Rafael Hüseynov qeyd edib ki, son 10-15 ildir ki, bu tarixi şəxsiyyətlər haqqında mətbuatda təhqiramiz ifadələr yer alır: “Həmin şəxslər xarici kəşfiyyatlara işləyirlər. Belə insanlara şər atmaqla millətdə ruh düşkünlüyü yaratmaq istəyirlər. Məqsəd budur. Demək istəyirlər ki, sənin millətinin nümayəndələri budur. Bununla da millətə mənəvi zərbə vururlar. Sən yoxsan, söykəndiyin dayaqlar bunlardır. Bunlar xarici kəşfiyyatların siyasi təxribatlarıdır. Qarşısı mütləq alınmalıdır.

Yaxın günlərdə media rəhbərlərinin iştirakı ilə keçirəcəyimiz müşavirədə də bu məsələni müzakirə edəcəyik. Bildirəcəyik ki, millətin şəxsiyyətlərinin əlyehinə olan məqamlar mediada yer almasın. Mediada insanları bir-birinə qarşı qoymaq da düzgün deyil. Sosial şəbəkələrdə də bu kimi müzkairələr aparılır. Təhqirlər davam edir. Bunun qarşısının necə ala bilməyin yolları barədə də fikir mübadiləsi aparacağıq”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.