SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Hər kəsin vicdanına sual vermək lazım:SİZ İNSANSINIZMI?

Hər kəsin vicdanına sual vermək lazım:SİZ İNSANSINIZMI?

Tarix:

7-06-2021, 21:53

/ 12 625 dəfə oxundu.
Hər kəsin vicdanına sual vermək lazım:SİZ İNSANSINIZMI?

Başıma gələn hadisədən hər kəs halidir.Bu vaxt ərzində özümlə həmsöhbət oldum, həyata aşağıdan yuxarı baxmaq istədim. Düşündüm ki, sizlər üçün də maraqlı olar... Məncə həyat göründüyü qədər də mürəkkəb deyil. Həyatın mürəkkəbləşdirən Allahın sevə-sevə yaratdığı insanlardır desəm yanılmaram. Məlum məsələdir ki, Allah insanları yaradanda onların şüur və təfəkkürünü bir-birinə oxşar yaratmayıb. Söz yox ki, həlli məchul olan fikir və düşüncə həmişə  insanı yorur. Zaman-zaman insanlarda bir-birinə bənzəməyən cəhətlərin olması  həyatla yaşam arasında təzad təşkil etdiyinin şahidi oluruq.  Hər bir insanın fərdi olaraq şüur və təfəkkürü düşdüyü mühitə görə formalaşır. Bəzən  insanın xəstə  xisləti başqalari ilə yanaşı özünə zərər vurmaqla,  şəxsin daxili  dünyasını tamamilə aşılayaraq məhv edir. Əgər söz insandan gedirsə onun xisləti doğulanda tamamilə saf olur. Lakin vaxt, zaman keçdikcə müəyyən yaş dönəmində insan düşdüyü mühitə görə  dəyişir və xarakteri formalaşır. Gəlin unutmayaq ki, insan saf doğulsa da onun şüuru inkişaf edib  dəyişdikdən sonra daxili dünyasını  anlamaq o qədər də asan deyil. Çünki insan xarakterində cəmləşən şüuraltı fikir və düşüncələr sadədən mürəkkəbə doğru inkişaf etməkdədir. Qeyd etdiyim bu nüanslar  müəyyən zaman kəsiyində meydana gəlir. Zənnimcə, məsələnin anlaşılmaz tərəfi, yəni, insan xislətinin mürəkkəbliyi  dostluqda, ailə münasibətlərində, övlad valideyn arasında,  bir-birini sevənlər arasında, hətta cəmiyyətdə də özünü göstərməkdədir. Misal üçün, dostluq etdiyin və birini sevdiyin zaman, əgər sənin dünya görüşün, intelektin qarşı tərəfi üstələyərsə mütləq arada əks tərəfdən fürsət düşən kimi söz üstünlüyü əldə etmək fikri yaranacaqdır. Maraqlıdır ki, kişilər əksər hallarda söz üstünlüyü əldə etməyə çalışırlar. Çünki  qadınların dünyagörüşlü olmaqlarını bəyənmirlər. Bu tip kişilər həmişə düşünürlər ki, qadının yeri mətbəxtdir və qadın heç bir fikir söyləmək iqtidarında deyil. Nədənsə belə kişilər yanıldıqlarını düşümnək belə istəmirlər. Əslində belə kişilərin zəhlətökən xasiyyəti öz qadınları üzərində cəmləşir. Belə ki, onlar  gözəl başa düşürlər ki, bu gün elə qadınlarımız var ki, nə dünya görüşündə, nədə edə biləcəyi işlərdə əks tərəfdən geri qalmırlar. Əksinə,  qadınları qınaq obyektinə çevirən kişilər yüksək tribunalarda iş qadınlarına daha çox çəpik çalırlar. Əlbəttə, müəyyən elm sahəsində sözünü demiş qadın alimlərimiz var ki, səsləri dünyanın hər yerindən gəlir. Bir sözlə kişilər  qadınları robot kimi idərə etməyi daha məqsədə uyğun bilir. Sözün bu yerində bir misal yada düşməyə bilməz. “Fatı dur, Fatı otur”!!!!. Dinimiz İslam oduğundan yaddan çıxarmamalıyıq ki, qadınlar kişilərin sağ qabırğasından yaradılaraq Allah tərəfindən onlara əmanət kimi  göndərilib. Belə ki, kişilər hər vəchlə qadınlarını dəyərləndirməli və sevməlidirlər. Əlbəttə qeyd etdiyim məsələdə əks tərəflər də birtərəfli mövqedən çıxış etməli deyil. Əksər hallarda qadınlar  güzəştə gedir, ailənin dağılmaması üçün əllərindən gələni edirlər. Lakin, iddialı olan əks tərəf söz və mövqe üstünlüyü əldə etmək üçün çalışır ki, qarşı münasibətində cəmləşərsə tərəfin zəif  yerini taparaq onun özünə qarşı  silah kimi istifadə etsin və özündən asılı vəziyyətə salmağa müvəffəq olsun. Məncə bu və bunun kimi hallar insanlıqdan kənardır və birmənalı şəkildə bağışlanmazdır!!!!.... Düşündüyüm qədəri ilə dünya var olandan insan deyilən zat həmişə digərinin üzərində hökmranlıq iddiasında olur. Əsasən bu və buna oxşar məsələlər güvənli insanlar tərəfindən baş verir. Pedaqoqlar və psixoloqlar təsdiq edirlər ki, insan xarakteri müəyyən yaşa qədər formalaşır, müəyyən yaş həddindən sonra dəyişə bilmir. Lakin nəticə etibarı ilə tamamilə dəyişə bilməsə də müəyyən zamanlarda özünü vəziyyətə uyğun qismət yaxşıya doğru formalaşdıra bilir. Əslində qeyd etdiklərimi  həyatda müşahidələrimə görə əldə etmişəm. Əksər insanların xarakterində bir xüsusiyyət özünü göstərir ki,  bir şəxsin imkanı, pulu varsa, qarşı tərəfi özündən asılı vəziyyətə salaraq susdura bilirsə daha çox səsini ucaldır. Məncə bu tip insanlar özlərini maddiyyatın arxasında gizlədənlərdir. Belə insanlar ad-sanından, imkanından istifadə edərək qarşı tərəfi əzməklə, aşağılamaqla üstün olmağı özləri üçün şərəf bilirlər. Mənim isə  belə məsələlərə  şəxsi  fikirim var. Məncə əsl insan kiməsə öz  gərəkliyini bilirsə vəziyyətə görə ondan asılı olan insanla daha fərdi ünsiyyət qurmağa çalışmalı və həmişə qarşı tərəfi  sadəliyi ilə razı salmalıdır. Axı insan dünyaya yaxşılıq etmək üçün gəlib. Və biləndə ki, bu dünya fanidir, bizlər bu dünyanın etibarsız qonaqlarıyıq, nədən xoşagəlməz yol tutaraq qəlb sındırmalıyıq??? Bu sualın cavabı açıq olduğu qədər də mürəkkəbdir. Əsl insan dostluq edəndə də, sevəndə də həmişə qarşı tərəflə qarşılıqlı anlaşma və güzəştə getməli olduğunu bilməlidir. Hətta onu da yadından çıxarmamalıdır ki, illərlə əldə etdiklərini bir anın içərisində məhv etmək olmaz. Belə ki, əsl insan kimi emosional vaxtlarında belə, hər şeyi dostunun, sevdiyinin üzünə vuraraq  olduğundan çox çılpaqlığı ilə nəzərə çatdırmamalıdır. Elə etmək lazımdır ki, insanın mənliyinin, şəxsiyyətinin tapdalanmasına yol verilməsin. Belə olan halda üzlər qarşılaşanda utanc hissi keçirməz. İnsanı əzərək, təhtid edib özündən asılı vəziyyətə salmaq əslində yolverilməzdir. Sözün əsl mənasında bu və ya digər hallar  insanın özünü unutmasına və özündən uzaqlaşmasına  gətirib çıxarır. Belə vəziyyət isə hər gün haqqında eşitdiyimiz intiharlara yol açır. İnsanı özündən diksindirmək olmaz!!!... Birmənalı şəkildə  belə durumu Allah da bağışlamır. Həyatda hər şeyə haqqı ilə yanaşmaq lazımdır. İnsan haqqında  suizənn, etimal  fikir söyləmək Qurani Kərimdə yasaqlanıb.  Əgər fikrinin bir əsası yoxdursa nəinki dilə gətirmək, düşünmək  belə böyük günahdır. İnsan sevəndə də, dostluq edəndə də bir-birinə inamı olmalıdır. Bilməliyik ki, qarşı tərəfə inamsızlıq yeni-yeni fəsadların, söz- söhbətləin yaranmasına zəmin yaradır. Belə olan təqdirdə nə dostluqdan, nə sevgidən, hətta normal ailə münasibətlərindən söz etmək olmaz. Yuxarıda qeyd etdim ki,  insan xisləti çox mürəkkəbdir. Nəzərinizə çatdırım ki, belə hallar  ailələrdə baş verdiyi kimi cəmiyyətdə də özünü göstərir. Bu gün insanlar dövrün ünsürləri tərəfindən qara kütlə halına gətirilərək manqurtlaşıblar və hətta özlərini dərk etmək, tanımaq iqtidarında deyillər. Sanki bütövlükdə  insanların səsi batıb və nədənsə öz haqqlarını tələb etməkdən qorxurlar. Bəlkə də yaranmış  xof insanların gündəlik qazancını,  bir qarın çörəyini itirmək, kiməsə möhtac olmaq  fikrindəndir. Bu gün özünü kürsüyə möhkəm bənd edən  bir çox məmur şəxsi mənafeyindən çıxış edərək zəif tərəfləri itismar etməklə məşğuldur. Əslində bu fərdlər üçün İnsan və insanlıq budurmu sualı sanki pası açılmayan kilidə çevrilib.İnsanlığın mənası nədir görən,hansı şərtlər var?Necə adamlara insan deyə bilərik?Adam kimi doğuluruq ,hər şey inkişaf edir.Amma bu inkişafımızda hansımız insan ola bilirik?Hər kəsin vicdanına sual vermək lazım:SİZ İNSANSINIZMI?
  Bu mövqedən çıxış edərək insan və insanlıq haqqında çox fikirlər söyləmək mümkündür......İnsanlara qarşı birmənalı fikrim isə bir deyimdə olduğu kimi “İnsan şüurlu vəhşidir” deyərdim....
 
P.S. Qeyd edim ki, təbiətdə şüursuz varlıqlar münasibətdə bir-birinə qarşı daha mehriban, hümanistdirlər nəinki, ağıl və düşüncə sahibi olan İNSANLAR!!!.........

Şərhlər

XƏBƏR LENTİ