SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Azərbaycan əsgəri əsil qəhrəmandır

Azərbaycan əsgəri əsil qəhrəmandır

Tarix:

1-08-2020, 20:09

/ 16 896 dəfə oxundu.
Azərbaycan əsgəri əsil qəhrəmandır

Torpaq bir candır, ona can verən
Ugrunda baş qoyan əsgərdir, əsgər.
Vətən kəlməsi dildən düşməyən
Düşmənə od qoyan əsgərir, əsgər

O xalq yaşayır ki, o uğrunda can verib, baş qoyan igidini unutmur, yaşadır, sevdirir, qoruyur. Mənim xalqım, mənim torpagım qədimdir, uludur. Hər zaman bütün çətinliklərə baxmayaraq, ayaqda qalmağı, yüksəlməyi, bacarıb. Niyə, onun sayı-hesabı olmayan topu, tüfəngimi var, ya arxasında duran nəhəng qardaşımı? "Yox! Bunalrın heç biri onda yoxdu!
Əvəzində, mənim xalqımın qeyrətli ogulları, qızları var. "Vətən" mövzu olanda aradakı bütün inciklikləri unudub bir olmagı bacarıb, bir yumruq olub.
Mən bir müəllim olaraq "Dədə Qorqud" dastanını şagirdlərə qürurla tədris edirəm. İgidlərimizin bir qarış torpagımız uğrunda belə ölüm-dirim savaşına girməsi, onlara layiq oldugu yeri göstərməsi bizə dədəmiz Qazan xandan, Koroğludan miras qalmışdir. "Can şirin şeydir" deməyib "Vətən şirindir", "Vətən keçilməzdir" dedilər.
Hər zaman bu amalla yaşamışdır mənim millətim. Hə, müharibə sevirmi Azərbaycan xalqı? - deyə soruşsalar, mütləq şəkildə yox deyərdim. Amma, gəl gör ki, bəxtimizə hər zaman mənfur "dostlar" çıxmış, bizi arxadan bıçaqlamışlar.
Erməni xisləti deyilən bir anlayış var ki, mən bunun fərqinə varmırdım. Amma Xocalıdakı vəhşiliklər, Ağdamda və digər bölgələrimizdə törətdikləri vəhşiliklər və atəşkəs dövründə neçə-neçə azyaşlı balalarımızı qətlə yetirib, sonra da çıxıb "düşmənin böyüyü kiçiyi olmaz" deməyə üzü olan bir xislətdir erməni.
İstəməsək də biz bu mənfurlarla illərdir müharibə şəraitindəyik. Torpaqlarımızı bu ilanlardan təmizləmək hər zaman olduğu kimi mənim qürur yerim olan orduma düşür. O ordu ki, min bir çətinliklə, əzab-əziyyətlə yaranmışdır. O ordu ki, heç bir yerdən köməyi olmadan ayaqda durmağı bacarmışdı. Amma bu ordu xalqın əzmi, Prezidentin dəstəyi və igidlərimizin qolunun gücü ilə silahlandı, yaraqlandı, döyüşdü. Düşmənə sübut etdi ki, sənin arxanda yeddibaşlı əjdaha olsa belə sən məhvə məhkumsan.
2016-cı ilin aprel döyüşləri dünyaya Silahli Qüvvələrimizin gücünü, əzmini sübut etdi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrin qələbəsi ilə nəticələndi. Tərtər rayonu Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonu Qazaxlar və Madaqız kəndi istiqmətindəki yollar düşməndən azad edilmişdir. Düşmənə həm maddi, həm də mənəvi zərbə vurulmuşdur.
Silahlı Qüvvələrimizin döyüş ruhu və əzmi hər zaman yüksək olmuşdur. Heç bir zaman düşmənlə təkbətək döyüşdən belə çəkinməmişlər. Mübariz İbrahimov, Fərid Əhmədovlar tək deyil. Onlar canlarını bu torpaq uğrunda fəda etsələr də, onların yollarını davam etdirən igidlərimizin sayı hesabı yoxdur.
Bu yaxınlarda Tovuz rayon istiqamətində Ermənistanın atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində başlanan döyüşlərdə Silahlı Qüvvələrimiz düşmənə lazımi cavab verdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan ordusunun generalından tutmuş sıravi əsgərinə qədər hər biri "uf" demədən bu torpaq uğrunda canını verməyə hazırdır. Bu döyüşlərdə qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov kimi vətən övladları bu Azərbaycan oğullarıdır. Onlar hər zaman dövlət və xalq tərəfindən əziz tutulacaq, onların yadigarları bizlərə əmanətdirlər.
Xalq da bu hadisələrdə Prezidentinin və ordusunun yanında olduğunu həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda mu
müxtəlif tədbirlər keçirməklə sübut etdilər. Qürurverici haldır ki, yaşından, cinsindən asılı olmayaraq, on minlərlə insan könüllü orduya getmək üçün müraciət etdilər, çünki ölkə Prezidenti də hər zaman xalqın, ordunun yanında olduğunu əməlləri ilə sübut etdi.

Sədayə Həmidova
Yevlax şəhər 6 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Şərhlər

XƏBƏR LENTİ