"27 ildə Azərbaycanın su təsərrüfatını viran qoyan kimdir – yadımdan çıxıb?..”
"Elə bil, kimsə hər gün gözümə Qarabağda erməni yandıran evlərin külünü basır – sonra da gözüm görür, amma ağlım kəsmir...”
3 cümlə ilə bir "quş"...
Keçmiş “Qələbə” kolxozunun əməkdar çobanı Qədimalı kişi redaksiyamıza bu dəfəki müraciətində deyir:
“Qağa, 1994-cü ildən, bu atəşkəsdi, atəşgahdı-nədi, elan olunandan bəri, elə bil, kimsə hər gün gözümə Qarabağda erməni yandıran evlərin, meşələrin külünü basır - heç zad görmürəm, xeyli vaxt keçəndən sonra bir çeyi, bir hadisəni-filanı görəndə də gözüm görür, amma ağlım kəsmir ki, nədir, kimdir, nə iş görür...
O gün də bir-iki hektar pambığım var, onu sulamağa su tapmayanda yadıma düşdü ki, 27 il qabaq televizorda bir adam göstərmişdilər ki, innən belə kənd təsərrüfatında sulama-filan işlərinə bu kişi(!) baxacaq...
İndi də təkcə mən yox, Mil-Muğan, Şirvan camaatının hamısı Kürün qurumağından, suyun tapılmamasından şikayətlənəndə həmin şişmanı yenə göstərdilər televizorda; tanıdım, amma bu səfər də yadıma düşmədi ki, bu 27 ildə bu 10 milyonun gözündən yayınıb su təsərrüfatını məharətlə talan edib viran qoyan fərasətli kişinin(!) adı nədir...
Sözardı: Qədimalı kişinin yaddaşını təzələmək üçün ona Azərbaycan dədələrinin bir neçə məşhur sözünü xatırladırıq:
“Su başdan bulanar”, “Suyun lal axanı- adamın yerə baxanı”, Sudan qaymaq yığır”, “Su gələn arxa bir də gələr...”, “Arxa su gəlincə qurbağanın gözü bərələ qalar”, “Su bir yerdə qalanda iylənər”, “Sudan çıxmış toyuğa oxşayır”... ”
Sultan Laçın

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...