Əsrin bəlasına birlikdə qalib gələk!
Dünyanın bir çox xalqları ilə bərabər, bu gün bizim xalqımız da əsrin bəlasına qarşı mübarizə dönəmini yaşayır. Dünyanın görkəmli mütəxəssisləri, alimləri, siyasətçiləri pandemiya ilə mübarizə yollarını axtarır. Prezident İlham Əliyevin bu pandemiyaya qarşı mübarizədə göstərdiyi erkən münasibət, tutduğu qətiyyətli mövqe Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Lakin çox təəssüf hissi ilə deməliyik ki, bu çətin vəziyyətdə beynəlxalq virusla mübarizə ilə yanaşı, ətrafımızda olan “üzdəniraq virus”larla da mübarizə aparmaq məcburiyyətindəyik. İcra başçılarının, digər məmurların aztəminatlı ailələrə dövlətin verdiyi müavinət və yardımlara belə, göz dikməsi barədə üzə çıxan dəhşətli faktlar ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı aparılan mübarizələrə baxmayaraq, hələ də bu “xəstəliyin” mövcudluğunu açıq-aydın göstərdi, dövlətin malını talayanlar, xalqın malına göz dikən vicdansız məmurlar öz cəzalarına çatdılar. Sevindirici haldır ki, ölkə rəhbəri bu vəzifələrə gənc kadrları cəlb eləməklə yanaşı, onlara ”Rüşvətxorluğun, korrupsiyanın kökü Azərbaycan gündəmindən silinməlidir” deyə ciddi tapşırıqlar vermiş, xalqa xidmət etmək, vəzifələrinin öhdəsindən peşəkarcasına gəlmək, göstərilən etimadı doğrultmaq onların borcu olduğunu dönə-dönə xatırlatmışdır.
Bu baxımdan Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilməsi, bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atması və ilk növbədə xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alması çox məqsədəuyğundur. Sadaladığımız bu xidmətlərə bariz nümunə olaraq qeyd edək, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının yeni Baş Prokuroru vəzifəsinə təyin edilməsi Azərbayanda dövlət quruculuğu məsələlərinə, həqiqətən də, demokratik, hüquqi baxımdan yanaşıldığı bir daha təsdiqləndi. Qanunverici orqanın rolunun cəmiyyətin, dövlətin idaredilməsində artırılması faktının tarixi köklərlə bağlı olması ilə yanaşı, həm də Ulu Öndərin əsasını qoyduğu islahatların davamı kimi də təqdirəlayiqdir.
Prezidentin xalqa ehtiyacı olduğu bir vaxtda, pandemiyaya qarşı mücadilə aparıldığı bu mürəkkəb dövrdə hamı, xüsusilə də, ziyalılar, biz təhsil işçiləri ona arxa olmalı, onun uzaqgörən siyasətini dəstəkləməliyik. Rəhbərlik etdiyim məktəbin kollektivi ilə keçirdiyimiz onlayn görüşlərdə dəfələrlə bu məsələlər müzakirə edilmişdir. Bir rəhbər olaraq istər müəllim kollektivi, istərsə də valideyn-şagird kontingenti ilə aparılan söhbətlərdə ölkəmizdəki mövcud vəziyyəti onlara düzgün ifadə etməyi özümə borc bilirəm. Hal-hazırda virtual məktəblə yanaşı, müxtəlif proqlamlarla şagirdlərin təhsildən geri qalmaması üçün əlimizdən gələni əsirgəməməyə çalışırıq. Bu gün COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı bir vaxtda xalqın düzgün maarifləndirilməsinə, Azərbaycanımıza ləkə gətirəcək heç bir mənfi əməllərə yol verilməməsinə çalışmalıyıq.
Nərimanov rayonu 258№li tam orta məktəbin direktoru Sədaqət Hüseynova

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub