XalqXəbər.Az

7 vətəndaş “AccessBank”ı məhkəməyə verdi

7 vətəndaş “AccessBank”ı məhkəməyə verdi
26-09-2019, 15:31

Bakıda 7 vətəndaş “AccessBank” QSC-ni məhkəməyə verib.

Unikal.org-un məlumatına görə, Yasamal Rayon Məhkəməsinə müraciət edən Quliyev Namiq Əli oğlu, Vəliyev Pərviz Mirzə oğlu, Tağıyev Seyfəddin Hidayət oğlu, Hünbətov Təbriz Əsgər oğlu, Muxtarlı Xəyyam Cahangir oğlu, Əliyeva Gülnarə Əli qızı, Quliyev Natiq Əli oğlu bankdan kartdan karta köçürmənin 0,2% saxlanılması və bağlanmış müqavilələrdə göstərilmiş 18 faizlə depozit faiz pulunun ödənilməsi barədə tələb irəli sürüblər.

İddia qismən təmin edilib.

Qətnamədən narazı qalan vətəndaşlar və bank apelyasiya şikayəti veriblər. Şikayətlər Bakı Apellyasiya Məhkəməsində baxılacaq.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.