SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

“Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

Tarix:

3-04-2018, 13:27

/ 1 488 dəfə oxundu.
“Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

“Kredit borcları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir”.

Bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Kredit büroları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, keçən iclasda da deyildi ki, bu məsələ dövlətin və hökumətin diqqətindədir, müvafiq işlər gedir:

“Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır”.

Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib: “Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazananda niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ