"Maşın almaq istəyənlə, iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməlidir" — Siyavuş Novruzovdan ŞOK AÇIQLAMA
"Maşın almaq istəyənlə, iş qurmaq istəyənlərin kredit borcları fərqləndirilməlidir".
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, hər hansı şəxs maddi imkanından asılı olmayaraq 50 min manatlıq avtomobil almaq istəyirsə, dövlətin borcunu ödəməlidir:
“Bu məsələdə insanların vəziyyəti nəzərə alınmalıdır. İnsanlar var ki, yaslarını keçirmək üçün kredit götürür. Onları qınamaq olmaz, bu milli dəyərlərlə bağlı olan məsələdir, onların da vəziyyəti nəzərə alınmalıdır. Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq, iki il keçsə də, heç bir səs yoxdur. Banklarda rəhbərlik dəyişir, ancaq Milli Məclis qarşısında hesabat verərək hər hansı dəyişikliklər etdiklərini ortaya qoymurlar. Valyuta dəyişmə məntəqələrinin yenidən bərpa edilməsi ilə bağlı qanun qəbul etdik, amma bu məsələ də kiminsə inhisarında olduğundan gerçəkləşmir. Sovet dövründə banklarda qalan pullar Prezidentin iradəsi ilə geri qaytarılır. Bu vaxta qədər 2 milyardan artıq pul geri qaytarılıb. Amma hər şeyi dövlətdən gözləmək olmaz. Bu baxımdan hesab edirəm ki, növbəti dəfə Ziyad Səmədzadə bu istiqamətdə qanun layihələri irəli sürülərkən bu məsələ nəzərə alınmalıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək