SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Güneydə mədəni aksiyalara start verildi

Güneydə mədəni aksiyalara start verildi

Tarix:

17-12-2023, 16:40

/ 390 dəfə oxundu.
Güneydə mədəni aksiyalara start verildi

17 dekabr (26 azər) 1946-cı ildə Azərbaycan dilində kitabların yandırılmasının ildönümü ilə əlaqədar Güney Azərbaycan şəhərlərində mədəni aksiyalar keçirilir.

Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar paylaşımlar ediblər.

Zəncan, Urmiya, Ərdəbil, Təbriz və başqa bir neçə şəhərdə uşaqlara Azərbaycan dilində nağıl kitabları paylanılıb.

Qeyd edək ki, "Türkcə", "Şirin dilim", "Gün çıxdı", "Azərbaycan əlifbası" və başqa kitablar mədəni fəalların öz şəxsi vəsaitləri hesabına nəşr edilib.

Şərhlər

XƏBƏR LENTİ