Bələdiyyə sədrinin qızına nazirlikdə vəzifə verildi
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
Məlumata görə, Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin edilib.
O, bu təyinatadək həmin şöbənin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Günel Aslanova Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanovun qızıdır.
Xatırladaq ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.
Report

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...