XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Ağdaşda qətl: qonşusunu küt alətlə öldürdü

Ağdaşda qətl: qonşusunu küt alətlə öldürdü

Ağdaşda qətl: qonşusunu küt alətlə öldürdü
7-12-2023, 16:46

Ağdaş sakini Araz Hacıyev qətlə yetirilib, qonşusu saxlanılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.