SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda sığınacaqda kütləvi yoluxma - Sədr kömək istədi - VİDEO(YENİLƏNİB)

Bakıda sığınacaqda kütləvi yoluxma - Sədr kömək istədi - VİDEO(YENİLƏNİB)

Tarix:

6-12-2023, 16:00

/ 396 dəfə oxundu.
Bakıda sığınacaqda kütləvi yoluxma - Sədr kömək istədi - VİDEO(YENİLƏNİB)

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Bu barədə TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

***
"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir". 

Bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

"Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - o bildirib. 

Birliyin sədri dəstəyə ehtiyaclarının olduğunu söyləyib.

Şərhlər

XƏBƏR LENTİ