SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Uşaq evi bir həftədir ki, sığınacağın dezinfeksiyasını gözləyir

Uşaq evi bir həftədir ki, sığınacağın dezinfeksiyasını gözləyir

Tarix:

17-03-2020, 15:17

/ 952 dəfə oxundu.
Uşaq evi bir həftədir ki, sığınacağın dezinfeksiyasını gözləyir

"Azərbaycan Uşaqları Birliyi” İctimai Birliyinin sığınacağında koronavirus təhlükəsinə qarşı dezinfeksiya tədbirlərinin görülməsi çağırışına Bakının Binəqədi rayonunun İcra Hakimiyyəti (İH) hələ də cavab verməyib...
Bunu Oxu.Az-a açıqlamasında hüquq müdafiəçisi, “Azərbaycan Uşaqları Birliyi”nin rəhbəri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, bir həftə əvvəl İH-nə rəsmi məktubla müraciət edilib, ancaq sığınacaqda hələ də profilaktik tədbirlər görülməyib.

“Sığınacaqda 30 uşaq var. Ümumilikdə, böyüklərlərlə birlikdə 40 nəfərdir. Bir həftə əvvəl biz karantin elan etdik və artıq heç kimi qəbul eləmirik. Uşaqlarla risk edə bilmərəm. Uşaq və qadınları hətta polis gətirsə belə, qəbul etmirik. Bir müddət əvvəl uşağı olan gənc qadın gətirildi. Qadının temperaturu var idi, bu səbəbdən onu başqa yerə göndərdik”, - deyə K.Ağazadə bildirib.

O qeyd edib ki, sığınacaqda dezinfeksiya işləri aparılan müddətdə uşaqları əvvəlcədən oxşar tədbirlər aparılmış uşaq bağçasının binasına köçürmək olar.

“Yeri gəlmişkən, sığınacağımızın yaxınlığında uşaq bağçası var. Uşaqların təhlükəsizlik şəraitdə olduğundan əmin olmağımız üçün bura dezinfeksiya edilməlidir”, - deyə Kəmalə xanım sözlərini yekunlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ