SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda vətəndaşın bank kartından oğurluq edildi

Bakıda vətəndaşın bank kartından oğurluq edildi

Tarix:

9-11-2023, 14:30

/ 406 dəfə oxundu.
Bakıda vətəndaşın bank kartından oğurluq edildi

Bakıda vətəndaşa məxsus bank kartından oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

Onlar vətəndaşın bank kartından 3 min 770 manat oğurlayıblar.

Şərhlər

XƏBƏR LENTİ