Polis quldurluqda şübhəli bilinən şəxsi yaxaladı - Masallıda
İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan bir qadına qarşı quldurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub.
Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb.
Məlum olub ki, həmin gün səhər saat 6.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş ev sahibəsinin azyaşlı oğlunu da zərbə endirib, bıçaqla onu hədələyərək hadisə yerindən qaçıb.
DİN Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.
Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurlu) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərlə başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
İstintaqa ifadəsində o, törətdiyi əməli etiraf edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?