XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » "Nikosayağı"nın qolu amputasiya edildi - Ölən var (RƏSMİ)

"Nikosayağı"nın qolu amputasiya edildi - Ölən var (RƏSMİ)

"Nikosayağı"nın qolu amputasiya edildi - Ölən var (RƏSMİ)
15-08-2023, 08:41

01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (Nikosayağı) (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.