XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Xızıda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı

Xızıda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı

Xızıda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralandı
8-08-2023, 09:20

Xızı rayonunda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralanıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmməd Rafael oğlu Kərimov ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.