Gəncədə Özbəkistan vətəndaşının törətdiyi qəzada daha bir nəfər ölüb
Gəncədə iki gün əvvəl baş verən qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tuhktaev Habibjon Hamro oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Atatürk prospekti ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin - 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...