Xırdalanda "Kolumbiya" adlandırılan yerlə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA - VİDEO
Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsində gənclər arasında narkotikdən istifadə halları artıb. Bu barədə bloger Nail Kəmərlinin yutub kanalında videomaterial təqdim edilib.
Kəmərlinin sözlərinə görə, ərazidə yaşayan sakinlər, o cümlədən narkotik istifadəçisi olan gənclərin valideynləri şikayət edərək bu vəziyyətin işıqlandırılmasını istəyib. Həmin ərazidə yaşayan və keçmiş polis olan sakinlərdən biri qaldıqları küçəni "Kolumbiya" adlandırıb: "Vaxtında gəlib çəkmək lazım idi. Dəfələrlə "102"yə zəng vurub vəziyyəti bildirmişik. Heç Kolumbiyada belə şey yoxdur. Orada olmamışam, amma buradan min dəfə yaxşıdır. Küçə başdan ayağa narkomanlarla doludur. Yoldan nə qız, nə də gəlin keçə bilir. Şəxsən mənim gözümün qabağında 5 manat pul ödədi, o da narkotiki ayağının altına atdı. Mən kişi ola-ola ayağım-ayağıma dolaşır. Sayları çoxdur. Burada bir ev var hamısı ora yığışır. Bir adam var onlara yemək verir. Əvvəl ev sahibi var idi, artıq yoxdur, ev boşdur. Bu mənzil bağlanıb möhürlənməldir. İçəri giriş qadağan edilməlidir. Saat 12-dən sonra hamının qarşısını kəsib pul istəyirlər. Qonşu var, iki dəfə oğlunu döyüblər. Həbsdən çıxanların hamısı qaçır bura gəlir".
Daxili İşlər Nazirliyi (DİN) Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsində gənclər arasında narkotikdən istifadə hallarının artmasına münasibət bildirib.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə açıqlamasında hadisədən xəbərdar olduqlarını və məsələnin nəzarətə götürüldüyünü bildirib:
"Narkotiklə əlaqəli neqativ halların ictimai təşviqində, vətəndaşların mövqeyi polisin bu istiqamətdə fəaliyyətinin effektivliyini artırır. Bunu nəzərə alaraq, hər bir çağırışa həssas yanaşırıq, çünki narkotik bəlasına qarşı mübarizədə vətəndaşların həmrəyliyi vacibdir.
Daxili İşlər Nazirliyinə bununla bağlı çoxsaylı çağırışlar var. Sözügedən məhəllədə sakinlərin fikirləri, vəziyyət diqqətlə öyrənilib, tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...