Yük maşınının sürücüsü narkotikə görə həbs olundu
Füzulidə avtomobili narkotikin təsiri altında idarə edən sürücü müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xalqxeber.az a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbir nəticəsində rayon sakini Şahin Fətullayev idarə etdiyi "KamAZ" markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb. O, narkotikin təsiri altında avtomobili idarə etməkdə şübhəli olduğundan müvafiq ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə əsasən onun marixuana qəbul edərək sükan arxasına əyləşdiyi məlum olub. Ş.Fətullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən inzibati qaydada 8 gün müddətinə həbs edilib, eləcə də 400 manat miqdarında inzibati tənbeh tədbirinə də cəlb olunub.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...