SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Maşınından düşərkən moped vurub öldürdü

Maşınından düşərkən moped vurub öldürdü

Tarix:

22-05-2023, 12:42

/ 237 dəfə oxundu.
Maşınından düşərkən moped vurub öldürdü

 Xaçmaz şəhərinin Bakı prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Çənlibel parkının qarşısında qeydə alınıb. Pərvin Qəribov adlı gənc idarə etdiyi “Kuba Ege” markalı mopedlə avtomobili saxlayıb sükan arxasından düşən sürücünü vurub.

Qapını açarkən mopedin zərbəsinə tuş gələn “Opel” markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü Tofiq Məmmədqulu oğlu Quliyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ