SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Samuxda sabiq polis əməkdaşı qəzaya düşərək ÖLDÜ - YENİLƏNİB

Samuxda sabiq polis əməkdaşı qəzaya düşərək ÖLDÜ - YENİLƏNİB

Tarix:

7-05-2023, 10:20

/ 2 214 dəfə oxundu.
Samuxda sabiq polis əməkdaşı qəzaya düşərək ÖLDÜ - YENİLƏNİB

Samuxda qəzada ölən şəxs təqaüddə olan polis olub.

"Unikal"ın məlumatına görə, dünyasını dəyişən 1977-ci il təvəllüdlü Elmar Əsgərov Samux Rayon Polis şöbəsində çalışırmış. O bir müddət əvvəl təqaüdə çıxıb. Qəza zamanı 1970-ci il təvəllüdlü  Nəbiyev Bəhman Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu xəsaərt alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə qəzaya səbəb Samux rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları olub. Belə ki,bölməsinin baş inspektoru Kərim Mehdiyev xidməti avtomobili olan "KİA" ilə "VAZ 2107"-ni qovub. Bu zaman "VAZ 2107" idarəetmədən çıxaraq hasara çırpılıb.

xxx

09:00

Samuxda minik maşını dıvara çırpılıb, ölən və xəsarət alanlar var.

"Unikal-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toydan qaydırmış.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ