İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular - Salyanda dram
Salyanda 2 gün əvvəl intihara cəhd edən 2-ci Varlı kənd sakini Ülkər Məmmədovanın dayısı Allahverdi Qurbanov, Ü.Məmmədovanın həyat yoldaşının dayısı Həsənağa Məmmədov tərəfindən maşınla vurulub.
Hadisə dünən kənddəki "Varlı" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Salyan rayonun Xıdırlı kənd sakini Tahir Qurbanov idarə etdiyi "Chevrolet" markalı minik maşınını əvvəlcədən aralarında baş vermiş münaqişənin davamı olaraq 43 yaşlı kənd sakini Qurbanov Allahverdi Nizami oğlunun üstünə sürüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Allahverdi Qurbanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ailə münaqişəsi zəmnində yaxın qohumlar arasında baş verənlər barədə Salyan Rayon Polis Şöbəsində təhqiqata başlanılıb.
Qeyd edək ki, iyunun 26-da Salyan rayonunun 2-ci Varlı kəndində 20 yaşlı iki azyaşlı uşaq anası Məmmədova Ülkər Vahid qızı ailə münaqişəsi zəmnində ziyanvericilərə qarşı üzümlüklərə vurulan fosfor üzvü birləşməsi içərək intihara cəhd etmişdi.
Ü.Məmmədova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?