198 ağacın kəsilməsi ilə bağlı cinayət işləri başlandı
Qanunsuz erməni silahlı birləşmələri Xankəndiyə nə daşıyır?Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın torpaq sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...