Su kanalında batan kişinin meyiti TAPILDI
Göyçay rayonunda itgin düşən şəxsin meyiti tapıldı.
"Unikal"ın məlumatına görə, rayonun Qızılağac kənd sakini, 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Ailə üzləri onun itgin düşməsi ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Onun kənd ərazisindən keçən su kanalına düşərək öldüyü ehtimal olunurdu. Polis əməkdaşlarının və kənd sakinlərinin birgə axtarışı nəticəsində bu gün saat 14:50 radələrində 73 yaşlı Mövlan Məmmədovun meyiti su kanalından tapılıb. Onun meyiti sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə aparılıb. Onun suya hansı səbəbdən düşərək öldüyü hələ ki, dəqiq məlum deyil. Onun ayağının sürüşərək kanala düşdüyü və ya intihar etdiyi ehtimal olunur. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...