Sumqayıtda xüsusi əməliyyat: Narkotacirlər ələ keçdi
Sumqayıtda narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfər zərərsizləşdirilib, qanunsuz dövriyyədən 12 kiloqrama yaxın narkotik çıxarılıb.
Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) və 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Saray bağlar massivində yaşayan əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Elməddin Ağayev də saxlanılıb. Onun əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkarlanıb.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 465 qram qurudulmuş marixuana götürülüb.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?