SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda saxta diplom əməliyyatı - Saxlanılanlar var

Bakıda saxta diplom əməliyyatı - Saxlanılanlar var

Tarix:

2-06-2017, 13:58

/ 277 783 dəfə oxundu.
Bakıda saxta diplom əməliyyatı - Saxlanılanlar var

Gəncə şəhər sakini Nəbi Yusifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5 min manata satarkən tutulub.

xalqxeber.az DİN-ə istinadən xəbər verir ki, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ