Dünən saxlanılan bələdiyyə sədri Niyaz Niftiyev azadlığa buraxıldı
Aprelin 17-də keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev sərbəst buraxılıb.
Musavat.com xəbər verir ki, saxlanıldığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxılıb.
Əldə etdiyimiz məlumata görə, iş üzrə daha bir nəfər istintaqa cəlb edilib. Araşdırma zamanı Niyaz Niftiyevin saxta olduğu deyilən 431 aratışdan sadəcə 3-də imzası olduğu məlum olub. Həmin arayışların isə saxta olmadığı, kiçik ticarətlə məşğul olan şəxslərə verildiyi məlum olub.
N.Niftiyev vəkili vasitəsi ilə mətbuata ətraflı məlumat verəcəyini bildirib.
Cinayət işi ilə bağlı araşdırma davam edir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.
Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayışın hər birini 30 manata satmaqda suçlanırdılar.
Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.
Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. Azadinform.az saytının rəhbəri idi. Niyaz Niftiyev həm də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...