XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Minaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib

Minaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib

Minaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib
27-06-2022, 12:16

 
 İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, o, xəstəxanaya yerləşdirilib. Ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.