AzTV-nin əməkdaşını maşınla vuran rejissordur
“AZTV”nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi maşınla vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.
Qəzanı törədən X.Ağcayev “SOY” prodakşnın rejissor köməkçisidir. O bundan öncə də müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.
“SOY” prodaşknin rəhbəri Oqtay Əliyev “Qafqazinfo”ya açıqlamasınmda məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?