Azərbaycanda idmançı proteindən öldü
Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.
Rayonun "Dörd yol - 2" qəsəbəsində məskunlaşan Ağdam rayon sakini 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qara ciyəri sıradan çıxıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq protein qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb proteini həddindən artıq qəbul etməsi olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?