XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Penitensiar Xidmət və polis birgə əməliyyat keçirdi

Penitensiar Xidmət və polis birgə əməliyyat keçirdi

Penitensiar Xidmət və polis birgə əməliyyat keçirdi
14-11-2021, 15:20


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.

Bu barədə Penitensiar Xidmətdən bildirilib.

Qeyd edilir ki, o, istintaq orqanına təhvil verilib. T.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.