SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

Tarix:

17-05-2017, 12:25

/ 67 077 dəfə oxundu.
Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

Bakı şəhərində itkin düşən 6-cı sinif şagirdi 11 yaşlı Amil Dadaşovla bağlı yeni məlumatlar bəlli olub. Bu məlumatları itkin düşən uşağın bibisi Sevinc Süleymanova verib.
S.Süleymanovanın sözlərinə görə, Respublika Olimpiya İdman Liseyində oxuyan Amil mayın 12-də dərsə getmək adı ilə evdən çıxıb və o gündən ondan xəbər yoxdur.
Həmin gün məktəbə də getməyən Amilin axtarışları üçün Yasamal rayon 29-cu polis bölməsinə müraciət edilib. Axtarışlar hələ bir nəticə vermir.
S.Süleymanova bildirib ki, Amil 3 aylıq olanda anası onu atıb Rusiyaya gedib: “Anası gedəndən sonra qardaşım evləndi, Amili isə anam öz himayəsinə götürdü. 11 yaşına kimi onu anam böyüdüb. Anam rəhmətə gedəndən sonra bu uşaqda problemlər oldu. Çox dələduz, nadinc uşaqdır. Qardaşıma dedim ki, saxlaya bilmirsənsə, uşaq evinə ver. Dərslərini də yaxşı oxumurdu. 5-ci gün də onu məktəbə ögey anası yola salıb. Ögey anası ilə də heç bir problemi olmayıb. O, yaxşı qadındır”.
Amilin bibisi onu da qeyd edib ki, uşağın Mərdəkanda meyitinin tapılması ilə bağlı məlumatlar yayılıb: “Deyilənə görə, Mərdəkanda uşaqlarla mübahisəsi düşüb. Oradan meyiti tapılıb. Polislər isə məlumatı təsdiqləmədi. Hələ də gözləyirik”.
Əməkdaşımız Respublika Olimpiya İdman Liseyi ilə də əlaqə saxladı. Liseyin dərs hissə müdiri Qədir Mehdiyev Lent.az-a bildirib ki, Amillin dərsə davamiyyəti artıq mart ayından zəifləməyə başlayıb:
“Martın 28-dən aprelin 8-ə kimi dərsə gəlmədi. Sinif rəhbəri valideyninə müraciət etdi. Danışıqlar apardıq, amma nəticə çıxaran olmadı. Amil özü də çox nadinc şagirddir. Axırıncı dəfə mayın 8-i dərsə gəlib. Bizim liseydə idman dərslərinə davamiyyət və müvəffəqiyyət əsas götürülür. Amil də idman dərslərindən 2 alır və məşq müəllimi də ondan şikayətçidir. Ona görə, tədris ilinin sonunu gözləyirik ki, Amilin məsələsini Pedaqoji Şurada müzakirəyə çıxaraq və məktəbdən xaric edək. Təlimata əsasən belə bir hüququmuz var”.

Şərhlər

XƏBƏR LENTİ